21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
"Fanat" İdman Agentliyi yeni layihənin icrasına hazırlaşır. Bu barədə agentliyin rəhbəri Əli Sahib məlumat verib. Onun sözlərinə görə, yeni futbol mövsümündən başalayaraq, Azərbaycan internet mıəkanında ilk idman televiziyası - "Fanat TV" fəaliyyətə başlayacaq.
"Fanat TV"nin yaradılmasında əsas məqsəd Azərbaycan futbolunun, xüsusən də uşaq futbolunun, gənc ulduzların təbliğidir. "Sabahın ulduzları", 13, 15, 17 yaşlıların oynağıdı Azərbaycan çempionatının oyunlarının canlı yayımını reallaşdırmaq, Premyer Liqa klublarının aşağı yaş qruplarının diqqət mərkəzində saxlanması əsas hədəfimiz olacaq. Çünki idman mətbuatı əsasən Premyer Liqanın oyunlarına diqqət ayırdığından digər çempionatlar, aşağı yaş qrupları diqqətdən kənarda qalır" - deyə Ə.Sahib bildirdi.
Agentliyin direktoru əlavə etdi ki, "Fanat TV"də Premyer Liqa oyunları da öz geniş əksini tapacaq: "Əsas diqqətimizi uşaq futboluna yönəltsək də, Azərbaycan futbol həyatının bütün sahələrini əhatə etməyə çalışacaq, Premyer Liqa komandalarına, keçirilən oyunlara xüsusi diqqət ayıracağıq. Həm oyunların canlı yayımı, həm də qarşılaşmaların ən yadda qalan məqamlarını, vurulan qolları izləyicilərə təqdim edəcəyik. Gündəlik idman xəbərləri, icmallar, mütəxəssis rəyləri- bütün bunlar "Fanat TV"nin gündəlik proqramını təşkil edəcək".
Ə.Sahib bildirdi ki, "Fanat TV" layihəsini ilkin olaraq öz gücləri hesabına reallaşdıracaqlar: "Amma "Fanat TV" bir layihə kimi istər başlanğıcda, istərsə də işin gedişatında çox böyük xərclər tələb edir. Məqsədin Azərbaycan futbolunun təbliği və inkişafı olduğunu nəzərə alsaq, bütün aidiyyatı qurumların da bu işə dəstək olması zəruridir. AFFA-dan, PFL-dən, klublardan, idmana sponsorluq etməkdə maraqlı olan Unibank, Kapitalbank, Azercell və sairə kimi iri şirkətlərdən dəstək gözləyirik".
Mənbə: www.qaynar.info