İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

6 yaşlı APA

16.11.2010 [23:20]

Fontu böyüt:      

Azəri-Press Agentliyinin (APA) fəaliyyətə başladığı gündən 6 il ötür. Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər yaymağa başlayıb, daha sonra fransız və ərəb dillərində də yayıma başlayıb. Hazırda APA beş dildə “on-line” xəbər xidməti göstərir.
Azəri-Press Agentliyinin (APA) fəaliyyətə başladığı gündən 6 il ötür. Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər yaymağa başlayıb, daha sonra fransız və ərəb dillərində də yayıma başlayıb.
 
Hazırda APA beş dildə “on-line” xəbər xidməti göstərir.
 
Bütün həftə boyu beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə iqtisadi və siyasi analitika bülletenləri hazırlayıb, yayan APA-nın əsas prinsipləri operativlik, dəqiqlik və tərəfsizlikdir. APA-nın ölkənin xəbər məkanında lider olduğu artıq hər kəs tərəfindən qəbul olunan faktdır.
 
APA yarandığı vaxtdan çox ilkə imza atıb. Cənubi Qafqazda ilk dəfə videogörüntülü xəbəri APA yayıb, ölkədə ilk dəfə “APA-SPORT” idman agentliyi yaradıb. Bundan başqa, agentliyin “APA-ECONOMICS” və “APA-Photo” bölmələri fəaliyyət göstərir. APA-nın saytında kredit kart sistemi tətbiq olunub. Agentlik gün ərzində ümumilikdə 400-450 xəbər yayır.
 
Agentliyin bütün ölkəni əhatə edən büroları, dünya siyasətinə təsir edən dövlətlərdə və Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrdə təmsilçilikləri fəaliyyət göstərir. APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir.
 
Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalar, beynəlxalq təşkilatların nümayəndəlikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki təmsilçilikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları var. Ümumilikdə Azərbaycanda və xaricdə nəşr olunan və yayımlanan 150-dən çox KİV APA-nın abunəçisidir.
 
Qeyd edək ki, APA 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar