Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəqəmli informasiya bazasının hazırlığına və Bakının mərkəzi hissəsinin ətraflı planının 3D-model layihəsinə başlayıb.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəqəmli informasiya bazasının hazırlığına və Bakının mərkəzi hissəsinin ətraflı planının 3D-model layihəsinə başlayıb.
Bu barədə dövlət komitəsinin verdiyi məlumatda deyilir. Məlumata görə, paytaxtın mərkəzi hissəsinin planı təxminən 1,5 min hektar ərazini - Nobel prospektindən (Amay ticarət mərkəzi) Dövlət Bayrağı Meydanına və Dənizkənarı milli parkdan Bakixanov küçəsinə qədər - əhatə edir.
Eyni zamanda, Azərbaycanın 6 şəhərinin (Şəki, Gəncə, Sumqayıt, Xırdalan, Neftçala və Balakən) ümumi planının GİS (coğrafi informasiya sistemi) və 3D –modelinin hazırlığı üzərində işlər gedir.