İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli xəbər saytlarının statistik göstəriciləri

07.07.2009 [15:07]

Fontu böyüt:      

İnternet məkanda ən vacib səhifələr xəbər saytları sayılır.Azərbaycanda da istifadəçisinin sayından asılı olmayaraq fəaliyyət göstərən çoxlu belə saytlar var.

İnternet məkanda ən vacib səhifələr xəbər saytları sayılır.Azərbaycanda da istifadəçisinin sayından asılı olmayaraq fəaliyyət göstərən çoxlu belə saytlar var. Milli internet məkanda xəbər saytları əsasən Azərbaycan və rus dillidir.Azərbaycandilli xəbər saytlarının edilən müraciətlərə görə ardıcıllığı belədir :

1.
www.musavat.com - “Yeni Müsavat” qəzetinin veb səhifəsi.Gün ərzində edilən müraciətlərin sayı 6-10 min arası
2. 
www.lent.az- fəaliyyətə başlamasından elə də uzun müddət keçməsə də gün ərzində sayta 6-8 min müraciət edilir.
3. 
www.apa.az Azəri-Press Agentliyinin veb səhifəsi  (5-7 min ziyarətçi)
4. www. azadliq.org- Radionun yayımına milli tezliklərdə qoyulan qadağadan sonra Azadlıq Radiosunun elektron variantına müraciətlərin sayı gün ərzində təxmini 3-4 minə arasında dəyişir.
5. 
www.anspress.com -xəbər saytına da gün ərzində 3-4 min istifadəçi müraciət edir
6. 
www.xazar.info saytına isə 2 minə yaxın ziyarətçi “baş çəkir”

  Sonrakı yerlərdə www.mediforum.az (maksimum 1500), www.bizimyol.az (800-900), www.mia.az (200-300) dururlar.Bunlardan əlavə olan xəbər saytlarına isə daha az müraciət edilir.

 Rusdilli xəbər saytları isə bu siyahıda olanların hamısını geridə qoyur.Ən çox müraciət www.trend.az saytına edilir-gün ərzində 27-32min arası dəyişir.

Daha çox reklam edilən sayt olan www.day.az saytının isə 25-31min ziyarətçisi olur. Müqayisə üçün Rusiyada xəbər saytlarının bir nümunəsinə nəzər salaq.Lenta.ru saytına 300-320 min dəfə müraciət edilir.

Lakin azərbaycandilli xəbər saytları nəinki rusdilli saytlarla, heç əyləncə saytları ilə də rəqabət apara bilmirlər. Misal üçün www.big.az saytına gün ərzində 12-14 min “user” daxil olur. Təkcə www.musavat.com liderliyi nadir hallarda ələ keçirir.

Xəbər saytlarının populyarlığının aşağı olmasının səbəbləri arasına saytların “xəbər oğurluğu”, yenilik etməmələri və Azərbaycanda internet sürətinin əksərən zəif olmasıdır. Xəbərləri canlı video şəklində izləmək istəyənlər bu imkandan tam yararlana bilmirlər.


xeberler.az/Pərviz Sadıqov
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar