Fontu böyüt:
Azərbaycan nümayəndə heyəti “Caspian Telecom” - Türkiyə, Xəzər və Qara dəniz regionları, Mərkəzi Asiya və Rusiya üçün telekommunikasiya və İT-texnologiyalar üzrə 8-ci regional konfrans və sərgi-təqdimatında iştirak edəcək. Tədbir cari ilin 21-22 aprel tarixində İstanbulda (Türkiyə) keçiriləcək.
Nümayəndə heyətinə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbərinin müavini İlham Mərdanov, “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Naxçıvan RİTN-nin aparat rəhbəri Agil Həsənov, eləcədə ölkənin özəl telekommunikasiya şirkətlərinin nümayəndələri daxil ediliblər.
Tədbir çərçivəsində RİTN-nin aparat rəhbərinin müavini və “Aztelekom” İstehsalat Birliyinin baş direktoru “Azərbaycanda İKT-nin inkişaf perspektivləri” və “Azərbaycan regionlarının telefonlaşdırılması” mövzuları üzrə məruzələrlə çıxış edəcəklər.