Qiymətli Kağızlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında elektron xidmətlərin sayı 51-ə çatıb.
Qiymətli Kağızlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında elektron xidmətlərin sayı 51-ə çatıb. Bu barədə komitənin yaydığı məlumatda deyilir.
Hazırda komitənin rəsmi saytında (www.scs.gov.az) hesabatlar, fiziki və hüquqi şəxslərin müraciətləri qəbul edilir.
Qeyd edək ki, bu xidmətlər ölkə prezidentinin 2011-ci il 23 may tarixli fərmanı ilə ölkə əhalisinə göstərilir.