21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi jurnalistika və media idarəçiliyi üzrə iki illik magistr təhsili üzrə Azərbaycan, Ermənistan və Mərkəzi Asiyadan olan tələbələr üçün sənəd qəbulu elan edib.
Mərkəzdən verilən məlumata görə, namizədlər arasından seçiləcək 20 nəfər 2009-cu ilin sentyabrından 2011-ci ilin mayına qədər təhsil alacaqlar. Tələbələr iki semestri öz ölkələrində oxuyacaq, əsas proqramı Gürcüstanda keçəcəklər.
Proqram həmçinin reklam yayımını, jurnalist etikasını, foto jurnalistikanı, kommunikasiya haqqında qanunu və media idarəçiliyini əhatə edəcək. Jurnalistika fakültəsi və tədris proqramı Beynəlxalq Jurnalistika Mərkəzi və Luiziana Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində təmin olunacaq.
Bu proqram ABŞ Dövlət Departamenti, Açıq Cəmiyyət İnstitutu, Fransa, Böyük Britaniya və Polşa hökumətləri tərəfindən maliyyələşdirilir. Yazılma prosesinə TOEFL testi, ana dilində esse və seçim komitəsi ilə intervyü daxildir. Jurnalistika sahəsində təlim və təhsil tələb olunmur.