İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Özəl provayderlər tarifləri endirməyə tələsmirlər

13.06.2010 [06:04]

Fontu böyüt:      

Əslində provayder hər abonentə görə bir ay müddətində, ATS xidmətindən 2 manat civarında istifadə edir,lakin real vəziyyətdə isə 8 manat ödmək məcburiyyətindədir

Cari ilin iyun ayından etibarən dövlət internet-provayderləri olan "Aztelekom" və "Bakinternet" genişzolaqlı internet tariflərini (ADSL) 40%-ə qədər endirdilər.Bundan sonra 256 Kbit/s-dən 8192 Kbit/s-dək internetə qoşulma tarifləri 10-140 manat arasında dəyişəcək.

Turana-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən verilən məlumata əsasən bu daxili resurslar hesabına atılmış bir addım idi.

Azərbaycanda özəl provayderlər dövlət provayderlərindən yalnız bir müddət sonra internet  tariflərində dəyişiklik edirlər. Bu da ondan irəli gəlir ki, özəl provayderlərin məxarici dövlət provayderlərinə nisbətdə qat-qat çoxdur.Belə ki, özəl provayderlər RİTN-ə məxsus bir sıra resurslardan,o cümlədən, ATS xidmətindən istifadə üçün müəyyən məbləğ ödəyirlər.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyir ki; " Əslində provayder hər abonentə görə bir ay müddətində, ATS xidmətindən 2 manat civarında istifadə edir,lakin real vəziyyətdə isə 8 manat ödmək məcburiyyətindədir.Bundan əlavə özəl provayderdən 1km kabelin çəkilişinə RİTN Tarif Şurası ilə heç bir razılaşma olmadan 100 manat pul tələb edir.Buradan da açıq-aşkar görünür, ki, hələ ki,özəl provayderlərin maddi durumu qiymət endirimi üçün şərait yaratmır və RİTN-in yaratdığı maneələr nəticəsində bu vəziyyət bir xeyli davam edəcək."

Ekspertlərin fikrincə internet tariflərinin endirilməsi heç də internetdən istifadənin keyfiyyətinə zəmin yaratmır.Əksinə bu cür "endirim"lər nəticəsində istifadəçi ilə provayder arasında bağlanan müqavilə kobud şəkildə pozulur.Çünki istifadəçi müqavilədə göstərilən sürəti əldə edə bilmir. // xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar