21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“BakıElektrikŞəbəkə” ASC Azərbaycanda onlayn ödəmə xidmətlərini göstərən ilk provayder “GoldayPay”-lə birgə abonentlərinə elektrik enerjisi borclarını bank kartlarından istifadə etməklə internet üzərindən online rejimdə ödəmə xidmətini təqdim ediblər.
Visa/Visa elektron və MasterCard/Maestro ödəmə kartlarından hər hansı birinə sahib olan abonentlər, sutka ərzində “BakıElektrikŞəbəkə” ASC-nin rəsmi saytına (http://www.bes.az) daxil olaraq elektrik enerjisinə görə borclarını öyrənə və ödəyə bilərlər. Ödəmə proseduru isə sadədir. Belə ki, bunun üçün saytın ana səhifəsində yuxarı sağ küncdə müvafiq qrafada abonentin kodu və ya telefon nömrəsini qeyd etmək lazımdır. Abonentin cari hesabı haqda məlumat olan pəncərə açılacaq.
Mövcud borcu ödəmək üçün “Online ödəmə” düyməsinə basmaq, növbəti səhifələrdə açılan müvafiq formaları doldurduqdan sonra ödəməni həyata keçirmək olar. Ödəmədən bir neçə saniyə sonra, əməliyyatın uğurla başa çatdırıldığı haqda bildiriş pəncərəsi açılır. Həmin bildirişi çap etmək və ya elektron ünvana göndərmək mümkündür.
Qeyd edək ki, təklif olunan xidmət tam pulsuzdur və ödəmə kartı vasitəsilə elektrik enerjisi borclarının ödənilməsi zamanı abonentdən heç bir komisyon haqlar tutulmur.
Xatırladaq ki, “GoldenPay” sistemi 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti tərəfindən təqdim olunub.
Daha ətraflı məlumat üçün www.goldenpay.az ünvanına müraciət edə bilərsiz.