Fontu böyüt:
Hamıya maraqlıdır ki, 1 SMS necə olur ki, məhz 160 simvolla dəyərləndirilir. Bizə elə gəlir ki, bu texniki məsələlərlə bağlıdır. Əslində məsələnin heç bir texniki mahiyyəti yoxdu.
160 simvolu yaradıcısı alman Friedham Hillebranddır.1985-ci ildə ünsiyyət araşdırmacısı F.Hillebrand və bir neçə həmkarına göstəriş verilir. Onlar telefonlarda yazılan sms-lər üçün vahid standart yaratmalı idilər.
Hillebrand bir mesajın simvolunun nə qədər olacağını götür-qoy edir. Makinasının qarşısına oturur və insanların bir qısa mesajda yazmalı ola biləcəyi bütün qeydləri və sualları yazır.
Sonra bu qeydləri yoxlayır və 1 SMS üçün yetərli olduğunu düşünür. Bundan sonra 1 SMS-in 160 simvol olması vahid standart kimi qəbul edilir.