Fontu böyüt:
Bu gün Bakıda Azərbaycan NATO Beynəlxalq məktəbinin (NISA) kibertəhlükəsizlik üzrə qış sessiyasına start verilir. Tədbir dekabr ayının 13-dək davam edəcək.
“Dünyada dövlət veb-səhifələrinə və strateji əhəmiyyət daşıyan saytlara qarşı daim törədilən kiber-təhlükəni nəzərə alaraq sessiya “Kibertəhlükəsizlik” mövzusuna həsr olunub”, deyə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
Tədbirdə kiberdünya, təşkilatlar tərəfindən və fərdi sürətdə törədilən kibertəhlükələr, NATO-nun kibersiyasəti və informasiya təhlükəsizliyinə dair məsələlər müzakirə olunacaq. Bundan əlavə qış sessiyası çərçivəsində simulyasiya proqramına keçid məsələsinə də baxılacağı planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Xarici İşlər Nazirliyinin və NATO-nun İctimai Diplomatiya İdarəsinin dəstəyi ilə keçirilir.Azərbaycanda NISA-nın kibertəhlükəsizlik üzrə qış sessiyası başlayır.