İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda Hökumət Ödəniş Portalı yaradılır

09.03.2013 [19:21]

Fontu böyüt:      

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) bazasında Hökumət Ödəniş Portalı (HÖP) yaradılır.
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) bazasında Hökumət Ödəniş Portalı (HÖP) yaradılır.
“APA-Economics”in xəbərinə görə, “Hökumət Ödəniş Portalının Yaradılması” layihəsi Azərbaycan Mərkəzi Bankının sifarişi ilə “CMA Small System” və SINAM şirkətləri tərəfindən həyata keçirilir. Layihə 2012-ci ilin yanvar ayından reallaşdırılır və yaxın zamanlarda başa çatacaq.
Hökumət Ödəniş Portalının yaradılmasının əsas məqsədi respublika iqtisadiyyatında nağdsız ödənişlər dövriyyəsinin genişləndirilməsi, büdcə ödənişləri prosesinin sadələşdirilməsi, həmçinin “elektron hökumət”in yaradılması çərçivəsində reallaşdırılan layihələrin milli ödəniş sisteminin infrastrukturu ilə inteqrasiyasıdır. Sözügedən layihə çərçivəsində hazırkı KÖMİS sisteminin texniki platformunun təkmilləşdirilməsi, həmçinin ölkədə həyata keçirilən “elektron hökumət” konsepsiyası çərçivəsində yeni funksional imkanlar yaradılır.
Hazırda SINAM şirkətinin mütəxəssisləri layihə çərçivəsində veb-servis funksionalının tətbiqini başa vurub. Veb-servis funksionalı sistemə qoşulmuş təşkilatlara verilənlər bazasını real zaman rejimində yeniləşdirməyə imkanı verir. Veb-servis texnologiyasının tətbiqindən əvvəl ödəmələr haqqında məlumatlarda gecikmələr olurdu. Veb-servis texnologiyasının tətbiqindən sonra isə məlumatlar real zaman rejimində yenilənəcək. Daxili İşlər Nazirliyinin xətti ilə olan ödəmələr artıq veb-servis texnologiyası üzərində qurulmuşdur. Hazırda digər dövlət təşkilatlarının bu texnologiya vasitəsilə sistemə qoşulması istiqamətində iş gedir.
Qeyd edək ki, KÖMİS sistemi 2008-ci ildən müvəffəqiyyətlə işləyir və hazırda kommunal ödənişlərin (elektrik enerjisi, qaz, su), yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin, sosial sığorta ödənişlərinin, həmçinin vergi ödənişlərinin qəbulunu həyata keçirir. Dövlət Ödəniş Portalının tam tətbiqindən sonra digər təşkilatların da bu sistemə qoşulması başa çatdırılacaq.
Mərkəzi Bankın klirinq sistemi ilə inteqrasiya sayəsində ödənişlər real zaman rejimində həyata keçirilir. Sözügedən sistem vasitəsilə ödənişlər bütün sistemə qoşulmuş bank və “Azərpoçt” şöbələrində, həmçinin plastik bank kartları ilə bankomatlarda də qəbul olunur. Bundan əlavə, internetlə də, yəni apus.az saytı vasitəsilə də məsafədən ödəniş etmək imkanı mövcuddur.
Sistem həmçinin o baxımdan da rahatdır ki, burada ödənişlərin arxivinə nəzər yetirmək və ödəniş qəbzlərini çap etmək olar. Burada həmçinin ödəniş qəbzlərinin vergi ödəyicisinin elektron ünvanına göndərilməsi funksiyası da mövcuddur.
Apus.az saytındakı məlumata əsasən bu günə kimi KÖMİS sisteminə 59 qurum qoşulub ki, onlardan da 46-sı maliyyə təşkilatlarıdır. 700-ə yaxın ödəniş məntəqəsində bu təşkilatların abonentlərinə borclar haqqında məlumatlar çatdırılır və xidmət haqları qəbul edilir. Hazırda sistemdə gündəlik emal olunan sənəd sayı 35-50 min arasında dəyişir. Həmçinin respublikada fəaliyyət göstərən “MilliKart” MMC və “AzəriCard “MMC kimi kart prosessinq mərkəzləri sistemə inteqrasiya olunmuş və bu mərkəzlərdə xidmət olunan bankların müştəriləri bankomat şəbəkəsindən və KÖMİS-in www.apus.az İnternet servis xidmətindən istifadə etməklə borcları haqqında məlumatları ala, ödəniş kartları vasitəsilə ödənişlərini apara bilirlər. Sistemə 4 mln-dan çox abunəçi haqda məlumat yüklənib. Statistikaya görə, 2012-ci ildə sistem vasitəsilə 481,2 mln. manat həcmində ödəniş həyata keçirilib. Gündəlik orta ödəmələrin həcmi 1,5 mln. manat olmuşdur. AzNews.az

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar