İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Nazir MSK-da yaradılan Veb-kameralara texniki nəzarət mərkəzinin fəaliyyəti ilə tanış olub

30.09.2013 [09:33]

Fontu böyüt:      

Bu gün Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Mərkəzi Seçki Komissiyasının ( MSK) sədri Məzahir Pənahov MSK-da yaradılan Veb-kameralara texniki nəzarət mərkəzinin fəaliyyəti ilə tanış olublar. Onlara nəzarət mərkəzi haqqında ətraflı məlumat verilib.
Bu gün Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Mərkəzi Seçki Komissiyasının ( MSK) sədri Məzahir Pənahov MSK-da yaradılan Veb-kameralara texniki nəzarət mərkəzinin fəaliyyəti ilə tanış olublar. Onlara nəzarət mərkəzi haqqında ətraflı məlumat verilib.
 
Bildirilib ki, hər seçki ilində seçki proseslərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi daha da genişləndirilib. Belə ki,  1998-ci ildə prezident seçkilərində bir sıra məntəqələr rabitə ilə təmin edilib, 2003-cü ilin prezident seçkilərində isə əksər məntəqələrə telefon xətləri çəkilib, telefon xətləri çəkilməyən məntəqələrdəki məlumatlar mobil telefon vasitəsilə ötürülüb.
 
2008-ci ildə isə bütün seçki məntəqələri telefonlaşdırılıb. Bununla yanaşı, internet üzərindən görüntülü müşahidə aparmaq üçün 500 veb-kamera quraşdırılıb. Builki prezident seçkiləri üçün isə 125 dairənin hamısına optik kabel çəkilib və  keyfiyyətli görüntü əldə edilib. Üstəlik, veb-kameraların sayı 500-dən 1000-ə qədər artırılıb.
 
Qeyd edilib ki, sözügedən kameralar tam yeni  texnologiya əsasında işləyir və onların hamısı həmişəlik olaraq məntəqələrdə qalacaq. Bundan başqa, bildirilib ki, hər bir insan, eləcə də maraqlı təşkilatlar Azərbaycanda keçirilən prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə (www.msk.gov.az) daxil ola bilər. Həmçinin, seçki prosesini "Elektron hökumət" portalı (e-gov.az) vasitəsilə də izləmək mümkündür.
 
Seçki günü saytların tam fəaliyyətini təmin etmək və hər hansı bir haker hücumlarından mühafizə edilməsi üçün tədbirlər həyata keçirilib.
 
Əlavə edilib ki, dairə və məntəqələrin internetlə tam təmin olunması və hər hansı bir problemin ortaya çıxmaması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi oktyabrın 1-dən 13-nə kimi gücləndirilmiş iş rejimində işləyəcək.
 
Bununla yanaşı, TV və radionun əhəmiyyətli rolu nəzərə alınaraq RİTN tərəfindən xüsusi rejim yaradılıb. Poçt sistemi isə seçki gününün qeyri-iş günü olmasına baxmayaraq nəticələr elan olunana qədər fəaliyyətdə olacaq. Çünki ola bilər ki, hansısa məntəqənin nəticələrinin poçt vasitəsilə göndərilməsinə ehtiyac duyulsun.
 
 Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, "Ölkədə informasiya kommunikasiya texnologiyaların  inkişafına dair Tədbirlər Planı"na  uyğun olaraq, MSK-da da müasir İKT sisteminin tətbiqi genişləndirilib. Səsvermə günü seçki məntəqələrində prosesə nəzarət etmək üçün quraşdırılmış veb-kameralara nəzarət sistemi müasir texnologiyalarla təmin edilib və tam hazır vəziyyətdədir.
 
 Nazir bildirib ki, məntəqələrə quraşdırılan kameraların köməkliyi ilə seçki prosesi həm qeyd edilərək saxlanılacaq, həm də onlayn formada yayımlanacaq: «İKT-nin geniş istifadəsi seçkilərin şəffaflığını bir daha göstərir. Azərbaycanda seçki prosesi dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsində həyata keçirilir».
 
 MSK sədri Məzahir Pənahov  deyib ki, seçki prosesində İKT-nin geniş tətbiqi istiqamətində RİTN lazımi dəstəyi göstərib. (ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar