Fujifilm yeni SecureDigital kartları təqdim edib. SD, SDHC, MicroSD və MicroSD kartları göy, qırmızı, tünd qırmızı və narıncı rənglərdə olacaq.
Fujifilm yeni SecureDigital kartları təqdim edib. SD, SDHC, MicroSD və MicroSD kartları göy, qırmızı, tünd qırmızı və narıncı rənglərdə olacaq. Bu kartlar əlavə meqabaytlara ehtiyacı olanlar və telefonları SD və digər qurğularla işləyənlərin zövqüncə olacaq.
Fujifilm-in SD kartları 1 və 2 Gb, SDHC kartları 4,8 və 16 Gb, microSD kartları 1 və 2 Gb, microSDHC kartları isə 4 və 8 Gb həcmli olacaqlar.
Bu kartların istehsalı oktyabrda başlayacaq. Qiymətlər barədə hələ heç bir söz söylənilmir.
xeberler.az