Fontu böyüt:
Xəbərlər.az portalı chip.com.tr saytına istinadən, dünyanın ən varlı adamlarından olan “Microsoft” korporasiyasının qurucusu Bill Qeytsin texnologiya tarixində etdiyi ən böyük 10 səhvi təqdim edir.
1. Bill Qeytsin verdiyi bir çox səhv qərarlar nəticəsində 1998-ci ildə “Microsoft” çətin günlər yaşamağa başladı hətta şirkətin bağlanması təhlükəsi belə yaşandı.
2. Bill Qeyts açıq qaynaq kodlu proqramlara heç bir mükafat verməyib. Bundan sonra həmin proqramı hazırlayanlar Microsoftdan incik düşüblər.
3. “Windows” sistemində istifadə asanlığının təhlükəsizliyə alternativ olaraq seçilməsi “Microsoft”a qarşı yeni təziqlərin yaranmasına səbəb olub.
4. Bill Qeyts heç vaxt mobil əlaqə sistemində yetərincə aktiv olmayıb. Buna görə də, “Windows Mobile”nin uğursuzluğu, Microsoftun ağıllı mobil telefonların istehsalında çox geridə qalmasına səbəb olub.
5. “DOS” əməliyyat sistemi sisteminin çökməsinə göz yumub. Və Windows-a alternativ ikinci bir əlaqə sistemi yaratmayıb.
6. Bill Qeyts Windows ilə daha çox məşğul olduğu üçün, bu günümüzdə daha önəm daşıyan bulud məlumat əməliyyatının vacibliyini görə bilmədi və o yöndə heç bir addım atmadı.
7. Windows “Millennium” kimi uğursuz əməliyyat sistemlərinin satışa buraxılmasına icazə verib.
8. Bu illər ərzində Microsoft gücünü böyütdükcə internet xidmətlərinə yer vermədi. Axtarış sistemləri üçün yeni bir lahiyə hazırlamadı. Bunun nəticəsində Microsoft “Google” kimi bir rəqiblə üz-üzə gəldi və daha sonralar məhz bu səhvə görə milyardlarca dollar itirdi.
9. Microsoft Zunenin istehsalı böyük bir səhv oldu. “Apple iPod”la rəqabətə girmək üçün yaradılan “Zune” çox keçmədən uğursuz oldu.
10. Bill Qeytsin dövründə hazırlanan bir çox lahiyələr heç bir zaman, tutarlı bir məhsul istehsal edə bilmədi. Texnologiyanın inkişaf etməsinə baxmayaraq, yeni məhsulların istehsalında bir çox problemlər yaşandı. Apple şirkəti yarandıqdan sonra, iPad Microsoftun bir çox məhsulunu arxada buraxdı. Bu isə Bill Qeytsi məyus etməyə bilməz.
Əfsələddin Ağalarov