Fontu böyüt:
Şirkət ən iri faktlar bazası olan “Freebase” servisinin sahibi “Metaweb” şirkətini də alıb.
Satın alınan bazadan əldə olunan informasiya “Google” axtarış sisteminə inteqrasiya olunacaq. “Freebase”-də filmlər, kitablar, seriallar, tanınmış insanlar və şirkətlər daxil olmaqla 12 milyon obyekt haqqında məlumat saxlanılır. “Google”-dan bildiriblər ki, şirkətin bazanı xarici çıxış üçün bağlamaq niyyəti yoxdur. Əksinə “Google” buraya əlavələr etməyə çağırır.
Vaxt keçdikcə axtarış sistemi daha mürəkkəb sorğuları emal etmək və daha dəqiq nəticələr vermək imkanına malik olacaq. Artıq “Google”-da faktlarla bağlı bəzi sorğular cavablandırılır. Misal üçün, əgər axtarış sətrində “Barack Obama birthday” (Barak Obamanın doğum günü) yazılarsa, səhifənin yuxarı hissəsində ABŞ Prezidentinin anadan olma tarixi göstəriləcək.
Sazişin məbləği və şərtləri tərəflər tərəfindən açıqlanmır.