Fontu böyüt:
Texnologiya gün keçdikcə daha da inkişaf edir. Edilən bir çox araşdırma, telefonlardan kompüterlərə qədər bir çox texnoloji cihazın artıq insan həyatı üçün imtina edilməz olduğunu ortaya qoyur.
Ofcom tərəfindən nəşr olunan bir hesabatda dünyanın texnologiyaya ən tez uyğunlaşan ölkəsi bir çoxunun güman etdiyi kimi Yaponiya deyil İngiltərə olduğu açıqlandı. Məsələn mobil telefonunu bir kamera olaraq istifadə edən İngilislərin sayı dünya ümumisiylə müqayisədə xeyli çoxdur. Bununla yanaşı Facebook və Bebo kimi günümüzün məşhur ictimai şəbəkə platformaları da yenə İngilislər tərəfindən sıx bir şəkildə istifadə edilir. Hətta yenə eyni hesabata görə İngilis internet istifadəçilərinin az qala yarısının Facebook üzvlüyü var. Ofcomun hesabatında ABŞda yaşanan Facebook fenomeni də diqqət çəkir; buna görə İngiltərənin yanaşı ABŞ internet istifadəçilərinin təxminən 4 milyonu da ictimai şəbəkə saytlarından ən az birinin üzvüdür.
Araşdırmanın bir başqa təəccüblü nəticəsi isə mobil telefonlarla əlaqədardır.Araşdırmaya əsasən mobil telefonunu kamera olaraq istifadə edənlərin nisbəti İngiltərədə %59, İtaliya və Yaponiyada isə %58 və %52ə qədərdir.
Qısacası internet başda olmaq üzrə texnoloji inqilabın gətirdiyi bir çox vasitə, artıq həyatımızın ayrılmaz tərkib hissələrinə çevrilib...
xeberler.az/Ellada