Fontu böyüt:
Bakcell və Ultra şirkəti, Microsoft Gold Partner və LAR, korporativ müştərilər üçün nəzərdə tutulan, korporativ standart kimi Microsoft platformasını seçməyə hazır olan korporativ lisenziya proqramının – Microsoft Enterprise Müqaviləsinin imzalayıb.
Bakcelin Baş İcraçı Direktoru İnneke Botter bildirib ki, bu müqavilənin imzalanması o deməkdir ki, Bakcell müştəri məlumatlarının təhlükəsizliyinə zəmanət verən məhsul və proqram kodlarının bütün yeni versiyalarını əldə edəcək. Digər üstünlük isə ondan ibarətdir ki, Bakcell müntəzəm olaraq qlobal inkişafla əlaqədə olacaq və şirkət əməkdaşları bütün yeni buraxılışlarla təlimatlandırılacaq.
“Ölkədə aparıcı mobil operatorlardan biri olan Bakcell bizim ən böyük müştərilərimizdən biri olacaq. Biz, Ultra şirkəti olaraq Azərbaycanda ən böyük İT şirkətlərindən biriyik və Microsoft Enterprise Müqaviləsini təklif edə bilirik. Biz tamamilə əminik ki, Bakcell ilə əməkdaşlıq Azərbaycan bazarına çoxlu yeniliklər gətirəcək. Bakcell ilə gələcək əməkdaşlıq bizim üçün çox vacibdir”, – deyə Ultra şirkətinin Baş Direktoru Tahir Mirkişili bildirib.
Qeyd edək ki, son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb. Bakcell həmçinin öz müştərilərinə EDGE – yüksəksürətli internet də təklif edir.