İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq

21.11.2013 [22:47]

Fontu böyüt:      

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qarşıdakı illərdə fəaliyyətinə dair bir sıra təşəbbüslər irəli sürür.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qarşıdakı illərdə fəaliyyətinə dair bir sıra təşəbbüslər irəli sürür. AMEA-nın 2015-ci ildə 70 illik yubileyi ilə əlaqədar Tədbirlər planı çərçivəsində kadr hazırlığı üzrə dövlət proqramının qəbul edilməsi, AMEA-nın nəzdində universitet və gənc istedadlar liseyinin yaradılması, innovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisi, “Alimlər şəhərciyi”nin salınması və digər məsələlər nəzərdə tutulur. Tədbirlər planı noyabr ayının 20-də Akademiyanın Rəyasət Heyətinin iclasında təsdiq olunub. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, 70 illiyin təntənəli qeyd olunması üçün dövlət qarşısında vəsatət qaldırılacaq. O, xarici ölkələrdən alim və mütəxəssislərin yubiley mərasiminə dəvət olunmasını, beynəlxalq və respublika səviyyəli tədbirlərin təşkilini zəruri hesab edib. İclasda AMEA-nın akademik-katibi, müxbir üzv Rasim Əliquliyev əlavə edib ki, 2015-ci ilin respublikada “Elm ili” elan olunması və Bakının küçələrindən birinə “Elmlər Akade­miyası” adının verilməsi barədə ölkə rəhbərliyinə müraciət olunacaq. Yubileyə həsr olunan kitabın və "AMEA-nın prezidentləri" adlı kitabın nəşri, “AMEA-70” medalının hazırlanması, “Akademiya şəhərciyi”ndə Rəyasət Heyəti üçün binanın rekonstruksiyası, əməkdaşlar üçün tibbi sığorta, poliklinika, müalicə-istirahət kompleksi, regionlarda idman-sağlamlıq və istirahət mərkəzlərinin təşkili də tədbirlər planına daxildir. Akademiyanın keçdiyi inkişaf yolunu əks etdirən sənədli filmin çəkilməsi, regionlarda sərgilərin təşkili də qarşıda duran məsələlərdəndir. (ictnews.az)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar