Fontu böyüt:
Apple təqdim etdiyi xidmətlərə daha bir yenilik əlavə edəcək. Apple 2010-cu ildən etibarən ABŞ TV bazarına girmək istəyir. Apple iTunes proqramı üzərindən daha çox televiziya məzmunu təqdim etmək fikrindədir.
Firma buna görə də ABŞ network-larıyla müqavilə bağlayıb. Wall Street Journal da çıxan xəbərə görə, Apple, ayda 30 Dollar qarşılığında bu xidməti təqdim edəcək. Əgər bu reallaşsa Apple firması Amerika bazarında ən aşağı qiyməti olan xidmət olacaq.