İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakıda Startup Günləri başlayıb

08.11.2013 [11:02]

Fontu böyüt:      

7 noyabrda Bakıda Startup Günləri başlayıb. Bununla əlaqədar Park İnn Hotelində açılış mərasimi keçirilib.
7 noyabrda Bakıda  Startup Günləri başlayıb. Bununla  əlaqədar  Park İnn  Hotelində açılış mərasimi keçirilib.
Azərbaycan İnternet Forumunun  prezidenti , Startup Azərbaycan layihəsinin rəhbəri Osman Gündüz tədbiri açaraq , Startup Günlərinin məqsədinin ölkənin milli startup infrastrukturuna dəstək vermək, yeni startupların yaradılmasını stimullaşdırmaq , startuplar üçün infromasiya-metodiki dəstək göstərmək və startuplar arasında əlaqələrin gücləndirilməsindən ibarət olduğunu bildirib.
Açılış  mərasimində  Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək dövlət tərəfindən milli startupların inkişafına dəstək göstərilməsinin prioritet olduğunu qeyd edib və bu dəstəyin qarşıdakı illərdə daha da güclənəcəyini bildirib. Nazir  müavini bu cür tədbirlərin startup infrastrukturunun formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Açılış mərasimində Yüksək Texnologiyalar parkının direktor müavini Cabbar  Musayev və Bakcell şirkətindən Mark  Zurka çıxış edərək İnternet biznes və milli startup  sahəsinin inkişafında maraqlı olduqlarını qeyd edərək gələcəkdə də bu sahənin inkişafına dəstək verəcəklərini bildiriblər.
Daha sonra Startup Günləri çərçivəsində “Milli Startup infrastrukturun formalaşması və  investisiya mənbələri” mövzusunda konfrans öz işinə başlayıb. 
Konfransda RİTN yanında İT-nin İnkişafı Dövlət Fondunun İcraçı Direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının şöbə müdiri Ülvi Aslanov, İnternet sahibkar Elnur Baimov və İnfipro şirkətinin nümayəndəsi Orxan Əliyev çıxış ediblər.
Startup Günlərində  startupçılar  innovativ biznes ideyalar ətrafında Komandalar formalaşdıracaq,  mentorların və ekspertlərin köməyi yeni startup Layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda  bu layihələrin təqdimatları və  yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti  layihələri qiymətləndirəcək. 
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların, həmçinin  GoldenPay, Cybernet və Multibon şirkətlərinin qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
Startup Günlərinə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yüksək Texnologiyalar Parkı  və İnfipro dəstək verir. 
Startup Günlərinin Baş sponsoru Bakcell şirkətidir.  
Geniş məlumat : www.startupdays.startup.az 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar