21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Alman Der Spiegel jurnalında yazılan xəbərə görə, İspaniyanın Mejarada del Campo qəsəbəsində göydən buz yağıb. 13 mart 2007-ci ildə həmin ərazidə səma göm-göy imiş, amma birdən qəribə hadisə baş verir. Haradan gəldiyi bilinməyən 20 kiloqram ağırlığındakı buz parçaları yerə tökülməyə başlayır. Bir binanın damına və avtomobilə zərər dəyir.
Bina sahibi bir hücumla qarşı-qarşıya olduqlarını düşünərək polisə xəbər verib. Gördükləri buz parçaları qarşısında heyrətə düşən polis alimlərə üz tutub. Alimlər müəyyən tədqiqatlar aparıblar, amma havanın açıq olduğu bir anda düşən bu buz parçalarının haradan gəldiyini açıqlaya bilməyiblər. Əslində iki şey məlumdur: Buz parçaları kosmosdan gəlmir, ya da bir təyyarənin tualetindən aşağıya düşmür.
İspan geoloq Jesus Martinez-Frias 2002-ci ildən bu yana dünya səviyyəsində İspaniyadakı hadisəyə bənzər 75 hadisə meydana gəldiyini açıqlayıb. Martinez-Frias buz parçalarının insan həyatı üçün çox təhlükəli ola biləcəyini ifadə edir.
İspaniyadakı hadisəyə NASA da qiymət verməyə çalışıb. NASA buz parçasının düşdüyü gün İspaniya üzərində ozon təbəqəsində nazikləşmə olduğunu açıqlayıb və səbəb kimi də bunu göstərib. Alimlər isə digər hadisələrdə belə bir hala rast gəlmədiklərini açıqlayırlar. Bir sözlə texnologiyanın sürətli inkişafı hələ də hadisələrə qiymət verməkdə çətinlik çəkir.