İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Facebook bu 4 səbəbə görə bağlanmayacaq

10.01.2011 [03:05]

Fontu böyüt:      

Son zamanlar sosial şəbəkələrdə şaiyələrin ardı-arası kəsilmir. Bir neçə gün öncə yanacağının qiymətinin qalxacağı haqda statuslar az qala maşın sahibi olan Facebook istifadəçilərin Bakının küçələrinə çıxarmışdı. Təəssüfverici haldır ki, əlimizin altında faktları araşdırmaq üçün bu qədər vasitə olduğu halda ilk aldığımız məlumata bu cür sahəlöhvcəsinə inanır və digərlərini də bu informasiyanın doğruluğuna inandırmağa çalışırıq.

2012-ci ildə dünyanın sonu olacağına inanırsınızmı?

Bəs yayda Xəzər dənizinin quruyacağına necə?

Sizcə Novruz bayramı günlərində yadplanetlilər tonqal üstündən atlaqnmaq üçün Bakıya enəcəklərmi?

 Son zamanlar sosial şəbəkələrdə şaiyələrin ardı-arası kəsilmir. Bir neçə gün öncə yanacağının qiymətinin qalxacağı haqda statuslar az qala maşın sahibi olan Facebook istifadəçilərin Bakının küçələrinə çıxarmışdı. Təəssüfverici haldır ki, əlimizin altında faktları araşdırmaq üçün bu qədər vasitə olduğu halda ilk aldığımız məlumata bu cür sadəlöhvcəsinə inanır və digərlərini də bu informasiyanın doğruluğuna inandırmağa çalışırıq.

Facebook istifadəçilərinin böyük əksəriyyəti də deyilənlərə inanaraq indidən “qara gün”-ə hazırlaşmağa başlayıblar.

 Facebook martin 15de resmi olaraq oz fealiyyetini dayandiracaq!!!:((

Facebook zakrivayut 15 marta.

Gunun pis xeberi, mart ayinin 15 da Facebook baqlanir

15 mart menim ad gunumdur……… hemin gun baglanmasinfacebook………..

15 mart facebook baglanir bu munasibetle facebook sevmeyenleri tebrik edirem.

AAAAAAAAAAAAAAA Facebook bağlanacaq!!!!!!!!!!!

Uşaqlar, Facebook doğurdan bağlanır? Bilən var?

100% gercek!! NEWS.QAYNAR.İNFO :: Texnologiya və İKT ::FACEBOOK MARTIN 15-DƏ FƏALİYYƏTİNİ DAYANDIRIR!

HMM,,,Facebookda son 2 ayimiz……tessuflenecek bir xeber olsada,,belkede bu yaxwiliga dogrudur….vertual dunyaya son goyulacag!!!

 Üstəlik bu yalan məlumat şəbəkədə ildırım  sürəti ilə yayılır. Normal təkzib isə hələ ki, 1News-da verilib. Azərbaycan dilli xəbər portalları isə istirahətdədirlər və ya şaiyənin daha çox yayılmasına çalışırlar.

Ümid edirəm ki, aşağıda yazacaqlarım az da olsa həqiqətin ortaya çıxmasında Sizlərə köməy edəcək.

Beləliklə, buyurun. Facebook-un bu il martin 15-i bağlanılmasına inanmamanız üçün Sizə 4 səbəb:

1. Məlumatın “sarı” mənbəyi – xəbər ilk olaraq yanvar ayının 3-ü http://weeklyworldnews.com/ saytında yerləşdirilib. Bu postdan sonra Alexa-ya görə sayta daxilolmalar 210 % yüksəlib.

Bu sayt tipik “sarı mətbuat” orqanı kimi tanınır. Məlumat üçün qeyd edim ki, sarı mətbuat – qısa vaxt ərzində şişirdilmiş, qalmaqallar əksər hallarda isə yalan üzərində qurulmuş xəbərlərlə insanların diqqətini cəlb edir. Bu saytlar çox vaxt maliyyə firildaqlarının gerçəkləşdirilməsi üçün də istifadə olunur.

“Sarı saytlar”-dan bəzi başlıqlar: Узнайте о ЛЮБОМ человеке ВСЁ! Введите фамилию и читайте нужную информацию!, В мозгу у британца обнаружили рождественского оленя, В США застрелили очередную чупакабру.

Markın açıqlamasına gəlincə, hələ də bu açıqlamanın nə audio, nə video, nə da hansısa etibarlı mənbədə dərc olunmuş versiyası var.

Ümumiyyətlə, Elvisin sağ olduğunu, yadplanetlilərin bu il dünyaya hücum edəcəklərini və Meqan Foksun kişi olduğunu yazan bir mənbəyə necə inanmaq olar?

Odur ki, hər oxuduğunuza inanmayın. Hər inandığınızı isə araşdırmamış panika içində digərlərinə ötürməyin.

2. Dünya susur – Facebook-un yaxın aylarda bağlanılması xəbəri yalnız yuxarıda adı çəkilən sayt və Azərbaycanın sosial şəbəkə istifadəçiləri arasında yayılır. Dünya üzrə aparıcı informasiya agentlikləri və aparıcı telekanallarında isə bu mövzu barədə bir xəbər belə yoxdur. Nə CNN, BBC, FOX, Sky New, Reuters, Associated Press, JTA və s. heç kim bu barədə bir cümlə belə olsun məlumat verməyib.

weeklyworldnews.com saytına keçidlər isə ən çox Facebook-un özündəndir. Bunlar isə istifadəçilərin paylaşdığı linklər sayəsindədir.

3. Mark Allah deyil – Facebook-un ideya müəllifi və yaradıcılarından biri olsa da Mark yalnız şirkət səhmələrinin 24%-ə sahibdir. Yerdə qalan 76 %  isə digər səhmdərların payıdır. Şirkət barədə qərarlar isə yalnız bütün səhmdarların səs çoxluğu ilə qəbul edilir və həyata keçirilir.

4. Çox böyük iş - 1700 işçisi və 800 mln USD illik büdcəsi ilə dünyada ən çox daxil olunan 2-ci saytın bağlanılması və bunun üçün dəqiq tarixin müəyyən olunması qeyri-ciddi deyilmi? 500 mln istifadəçi ilə Facebook ölkə olsaydı dünyada Çin və Hindistandan sonra 3-cü yeri tutardı. ABŞ-ın xüsusi xidmət orqanlarının ən yaxın informatorlarından olması ehtimal olunan bu unikal mənbənin kiminsə yorulub və əvvəlki həyata qayıtması istəyi nəticəsində bağlanması inanılması çox çətin olan bir hadisə deyilmi?

 Son 2 hadisə AzNetdə bu sahədə boşluqlar olduğunu və gələcəkdə bunların mənfi fəsadlar törədə biləcəkləri ehtimalını ortaya qoydu. Bu sahədə “opinion maker”-lərin çatışmaması kəskin şəkildə hiss olunur.

Bu sahədə problemləri aradan qaldırmaq isə hər birimizin üzərinə düşür. Daim ətrafımızda baş verən hadisələri izləməli, araşdırmalı, proseslərdən  düzgün nəticələr çıxarıb ümumi rəyin yanlış istiqamətdə getməsinin qarşısını almalıyıq. Yalnız güzgün qərarların verilməsini deyil, bu qərarların vaxtında verilməsini əsas şərtlərdəndir. AzNetdə İnternet istifadəçilərinin kəmiyyət göstəricisi ardıcna keyfiyyət göstəricilərinin arzuolunan səviyyəyə çatdırılması prosesi başlamaq üzərədir. Bu heç də sadə olmayan uzunmüddətli bir prosesdir. Gözlənilən məqsədlərə çatmaq üçün isə, yuxarıda qeyd etdiyim kimi, hər birimizin mütəşəkkilvə effektiv fəaliyyəti əsasdır.

Birgə, biri-birimizə dəstək olaraq bu sahədə də müsbət nəticələr əldə edəcəyimizə inanıram.

Rauf Mərdiyev, http://raufray.wordpress.com/2011/01/09/facebook-azerbaijan/


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar