İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Büdcəyə dair budget.az saytının təqdimatı keçirilib

02.12.2010 [18:21]

Fontu böyüt:      

Dekabrın 2-də Avropa otelinin “Kür” zalında Milli Büdcə Ofisi vətəndaş cəmiyyəti və xarici təşkilatların iştirakı ilə www.budget.az resurs saytının təqdimatını keçirib. Milli Büdcə Ofisinin (MBO) meneceri Rəna Rzayeva tədbir iştirakçılarına məlumat verib ki, Milli Büdcə Ofisi Milli Büdcə Qrupunun (MBQ) təşəbbüsüdür və əsaslı iqtisadi tədqiqat və siyasi təkliflər vasitəsilə Azərbaycanın iqtisadiyyatına,

Dekabrın 2-də Avropa otelinin “Kür” zalında Milli Büdcə Ofisi vətəndaş cəmiyyəti və xarici təşkilatların iştirakı ilə www.budget.az  resurs saytının təqdimatını keçirib.

Milli Büdcə Ofisinin (MBO) meneceri Rəna Rzayeva tədbir iştirakçılarına məlumat verib ki, Milli Büdcə Ofisi Milli Büdcə Qrupunun (MBQ) təşəbbüsüdür və əsaslı iqtisadi tədqiqat və siyasi təkliflər vasitəsilə Azərbaycanın iqtisadiyyatına, Milli büdcə prosesinin keyfiyyətinin artırılmasına və inkişafına dəstək olmaq məqsədini daşıyır. “2006-cı ildən bu günə qədər MBQ ölkədə iqtisadiyyat sahəsində aparıcı ekspertlərin işindən bəhrələnmişdir və Azərbaycan hökumətinin büdcə layihələrinə və onların icrasına müstəqil rəy irəli sürən yeganə təşkilatdir. MBQ bir sıra analitik məhsul, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrinə aid məqalələr, makro-iqtisadi qiymətləndirmələr, təhlili və informativ hesabatlar ve siyasət təkliflərinin müəllifidir”.

Sonra R.Rzayeva qeyd edib ki, Azərbaycanın dövlət büdcəsi ilbəil artır, büdcə ilə bağlı tədqiqatlar, xəbərlər, tədbirlər də müvafiq olaraq, çoxalır və zənginləşir. Bu şəraitdə dövlət büdcəsinin formalaşdırılmasına, xərclənməsinə və onunla bağlı məlumatların əlçatanlığı və şəffaflığına diqqət də artır. MBQ neçə illik fəaliyyətində də bu istiqamətlər üzrə iş aparır və bu məqsədlə dövlət büdcəsi ilə maraqlananlar üçün vahid resurs bazası olan www.budget.az saytını hazırlayıb. R.Rzayeva www.budget.az resurs saytının geniş auditoriya: peşəkar iqtisadçı və tədqiqatçılar, jurnalistlər, müvafiq donor institutlarının əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri üçün faydalı olacağına ümidvar olduğunu bildirib.

Saytı hazırlayan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev layihə barədə məlumat verərək bildirib ki, layihə 2 mərhələdə həyata keçirilib. Əvvəlcə elektron büdcə kitabxanasının yaradılması çərçivəsində büdcə məlumat bazası yaradılıb. Sonra isə büdcə məlumatlarının özündə əks etdirəcək sayt yaradılıb. O, qeyd edib ki, dövlət qurumları büdcə məlumatlarının çapının fiziki baxımdan mümkün olmadığını bəhanə gətirərək büdcə zərfini ictimaiyyətdə gizlətməyə çalışırlar. “Bu gün isə biz göstərdik ki, bu məlumatları ictimaiyyətə açıqlamaq ciddi problem deyil”.

Büdcə şəffaflığını problemlərinə toxunan sədr bildirib ki, büdcə şəffaflığının və büdcə proseslərində ictimai iştirakçılığın təmin edilməsi məhz informasiyaların istənilən vaxt və operativ əldə edildiyi şəraitdə mümkündür.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyib ki, www.budget.az saytı 2 hissədə ibarətdir: büdcəyə dair ümumi məlumatlar və büdcə məlumat bazası. Birinci hissədə Azərbaycan dövlət büdcəsi və onunla bağlı ən mühüm məlumatlar, əsas büdcə terminləri, dövlət büdcəsinin illər üzrə göstəriciləri, büdcədənkənar fondlar və onların büdcələri, dövlətin xarici borcu, büdcəyə dair tədqiqatlar və nəşrlər, hesabatlar, statistik məlumatlar, və s. əksini tapıb. Saytda habelə investisiya layihələri və büdcə qanunvericiliyi yerləşdirilib.

Büdcə məlumat bazasında isə 2004-2011-ci illərdə dövlət büdcəsi xərclərinin funksional, təşkilati və iqtisadi təsnifatı yerləşdirilib. Bu məlumatlara çıxış pulsuzdur. Hər bir şəxs sərbəst olaraq bazadan istidafə edə bilər.

Ekspert sonda onu da bildirdi ki, bu unikaldır: “www.budget.az saytı tipli portallar bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiya və Qazaxıstanda mövcuddur. Ancaq xərclərini iqtisadi, funksional və iqtisadi təsnifatını özündə əks etdirən, investisiya layihələrinin siyahısının tam dərc olunduğu ikinci belə sayta hələki rast gəlinməyib”.

Çıxışçılardan iqtisadçı Zöhrab İsmayıl, sabiq millət vəkili Nazim Məmmədov, Asiya İnkişaf Bankının təmsilçisi saytla bağlı arzu və təkliflərini iştirakçıların diqqətinə çatdırıblar.

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar