Fontu böyüt:
Bakı Metropolitenindən yeni istifadə qaydaları təsdiqləndiyindən təhlükəsizlik kameralarının sayı ikiqat artırılacaq.
Quraşdırılacaq yeni kameraların əsas xüsusiyyəti “zoom” effekti ilə (təsvirin miqyasını dəyişmək) üz tanıma qabiliyyətinin olmasıdır. Bu, metroya girən və çıxan şəxslərin üzünü yaddaşda saxlamağa imkan verəcək.
Yeni kameralar stansiyaların girişindən tutmuş vaqonların içinədək ən strateji nöqtələrə nəzarət edə biləcək.