Fontu böyüt:
Pol Allen “Apple”, “Google”, “Facebook” və digər nəhəng internet-şirkətləri patent hüquqlarını pozmaqda ittiham edir
“Microsoft” şirkətinin qurucusu, milyarder Pol Allen “Apple”, “Google”, “Facebook” və ABŞ-ın digər nəhəng internet-şirkətlərini məhkəməyə verib. Pol Allen internet-şirkətləri özünə məxsus “İnterval Research” firmasının patent hüquqlarını pozmaqda ittiham edir.
Bu patentlər informasiyanın interneti istifadəçilərinə çatdırılması üsulları ilə bağlıdır. “Google” isə yaydığı açıqlamada Pol Allenin addımını xoşagəlməz tendensiyanın başlanğıcı kimi qiymətləndirib və onu məhkəmədə deyil, bazarda rəqabət aparmağa çağırıb.