21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Eco.az - İqtisadiyyat və Biznes Portalı maraqlı yarışmaya start verib. "Gənc İqtisadçı" İntellektual Oyunu adlananan yarışmaya hər biri 6 nəfər və bir ehtiyat oyunçudan ibarət komandalar qatıla bilər.
Yarışın Təşkilat Komitəsindən Qaynar.info-ya ferilən məlumata görə, “Gənc İqtisadçı” İntellektual oyununun əsas məqsədi tələbələr arasında iqtisadi biliklərin inkişafına, təlim üsullarının təkmilləşdirilməsinə, tələbələrin sərbəst və yaradıcı düşüncəsinin, idraki yaradıcılığının, məntiqi təfəkkürünün inkişafına yardım etmək, onları asudə vaxtlarını yeni intellektual formalarda keçirməyə cəlb etməkdir.
Yarışda iştirak etmək istəyənlər, öz komandalarını formalaşdıraraq, Eco.az saytının forumuna daxil olub, iştirak ərizələrini doldurmalıdır.Son müraciət tarixi 16 oktyabr 2009-ci ildir.
Yarışma xüsusi formatda, tanınmış ekspertlərin münsifliyi ilə keçiriləcək. Qaliblərə qiymətli hədiyyələr təqdim ediləcək.
Yarışda iqtisadçı tələbələr, biznes və iqtisadiyyatla maraqlanan gənclər iştirak edə bilər