Fontu böyüt:
Artıq 2008-ci ili başa vurduğumuz üçün bir çox jurnallar, portallar ilin yekunlarına dair statistik məlumatlar hazırlayırlar. TechRadar portalı ötən ilin ən yaxşı, maraqlı texnoloji hadisələrini bir siyahıya cəmləyib.
Siyahı bu cürdür: Açıq proqram təminatının inkişafı; LED-işıqlandırma; “Bulud hesablama” (Cloud Computing) GPGPU texnologiyası, qrafik prosessorların soprosessor rolunda işləmə imkanı; Böyük adron kollayderi; Smartfonlar üçün onlayn mağazalar (App Store, Anroid Market, Palm Softvvare Store və b.) Elektromobil Tesla Roadster; İnternet-videonun inkişafı; Müxtəlif qurğuların yamasını (proşivka) dəyişmək imkanları; İBM-in Roadrunner superkompüteri.
Bundan başqa siyahıda adı çəkilməsə də Intel-in Atom prosessorları, netbuk sıçrayışı və SSD-lərin inkişafı xatırladılıb.