Fontu böyüt:
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Milli Akkreditasiya Sisteminin yaradılması istiqamətində işləri sürətləndirmişdir. Bu sahədə normativ bazanın yaradılması və beynəlxalq səviyyəyə uyğunlaşdırılması üçün komitənin müvafiq şöbələri fəal iş aparır.
Artıq Milli Akkreditasiya Sisteminin təməl sənədləri hazırlanmışdır. Bunlar “Akkreditasiya sistemi, əsas müddəalar”, “Akkreditasiya sisteminin uyğunluq nişanı” və “Reyestrin aparılması qaydaları”dır.
Bundan başqa bu sahədə İSO/İEK 17025 (Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər) beynəlxalq standartının tətbiqi də planlaşdırılır.
Onu da qeyd edek ki, hazırda akkreditasiya sahəsi AZS Milli Sertifikatlaşdırma Sisteminin tərkibində yer almışdır.