Fontu böyüt:
Microsoft, uzun zamandır üstündə işlədiyi internet bələdçisi İnternet Explorer 8in beta versiyasını istifadəçilərinə təqdim etdi. Microsoftun verdiyi məlumata görə, yeni versiya əvvəlkilərdən daha da təhlükəsiz və rahatdır. Search(Axtar) menyusu daha da inkişaf etdirilib.Əvvəlki versiyalarda sadəcə Microsoft Live Search də axtarış edə bilirdisə, Internet Explorer 8 Yahoo,Wikipedia kimi axtarış sistemlərinə bağlanır.Bu da daha geniş və ətraflı məlumat axtarmağa imkan verir.Bundan əlavə İE8də “şüurlu” axtarış da mövcuddur.Məsələn,sadəcə ”hava məlumatı” yazdıqda şəhərin hava məlumatları ekrana gəlir. IE8də sonradan da əldə edə bilmək üçün veb saytının bir hissəsinin yazıla biləcəyi ´´Web Slice´´, internet saytlarına qoşulması sürətləndirən ´´Accelerators´´, təhlükəsizlik, fərdi məlumatların qorunması, məlumatların idarə altında tutula bilməsi üçün ´´InPrivate Browsing´´, ´´InPrivate Blocking´´ və gücləndirilmiş ´´Delete Browsing History´´ kimi xüsusiyyətlər də var. Yeni proqramda ayrıca bank əməliyyatlarını etibarlı şəkildə işlətmək üçün ´´SmartScreen Filter´´ və ´´Inprivate Browsing & Domain Highlighting´´ kimi xüsusiyyətlər də mövcuddur
Xeberler.Az/Musa Efendi