İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yeni medianın tədris modullarının hazırlanması üzrə işlər artıq başa çatıb

03.04.2012 [13:30]

Fontu böyüt:      

Multimedia Mərkəzi bildirir ki, “Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” Layihəsi çərçivəsində hazırlanan tədris modulları üzərində işlər bitmək üzrədir. Artıq yeni media ilə əlaqəli 5 fənnin
Multimedia Mərkəzi bildirir ki, “Yeni medianın  tədrisinin təkmilləşdirilməsi ” Layihəsi çərçivəsində hazırlanan tədris modulları üzərində işlər bitmək üzrədir. Artıq yeni media ilə əlaqəli 5 fənnin tədris proqramlarının layihəsi müzakirəyə çıxarmaq üçün hazırdır.

 Yeni medianın tədris modulları hazırlanarkən beynəlxalq təcrübə öyrənilib, ölkənin yeni media bazarında kadrlara olan tələb-təklif münasibətləri araşdırılıb və ekspertlər arasında sorğular keçirilib. Tədris modullarının strukturu təhsil sahəsi ilə əlaqəli mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunub.  Hər bir  yeni media fənni üzrə kursun təsviri, məqsəd və vəzifələri, mövzular, sual-tapşırıqlar , qiymətləndirmə və ədəbiyyatlar bölməsi ayrıca  işlənib.

Yeni medianın tədris modelinin  yekun variantının aprel ayında keçirilməsi nəzərdə tutulan Konfransda geniş müzakirəsi təşkil olunacaq.

 Multimedia Mərkəzi bildirir ki , artıq Layihə çərçivəsində hazırlanan Online laboratoriyalar ayrıca domen adı müəyyən edilməklə jurnalistika təhsili verən 8 Universitetə təhvil verilib. Universitetin jurnalistika fakültələri üçün nəzərdə tutulan Onlayn Laboratoriyanın (Xəbər portalının) hazırlanmasında məqsəd  jurnalist-tələbələrin praktiki bacarıqlarının artırılmasına şərait yaratmaq və köməklik  göstərməkdir.

 Həmçinin , resursu idarə edəcək müəllimlər və tələbələr  üçün Təlimlər keçirilib. Yeni medianın tədrisinə kömək məqsədilə hazırlanan İnternet resurs üzərində işlər də tamamlanmaq üzrədir.

Artıq xəbər verildiyi kimi  layihə çərçivəsində BDU-da  tələbələrin
İnternet TV  və İnternet Radio sahəsində praktiki vərdişlər əldə etməsinə köməklik üçün  İnternet TV Studiya yaradılması da nəzərdə tutulub. Hazırda Studiya üçün nəzərdə tutulan otağın tərtibatı yekunlaşmaq üzrədir . Zəruri avadanlıqların xeyli hissəsi ələ olunub. Studiyanın hazırlanması işində BDU-nun rəhbərliyi yaxından köməklik göstərir.

Multimedia Mərkəzi bir daha bildirir ki, Layihə çərçivəsində hazırlanan yeni medianın tədris modullarının və digər məsələlərin  aprel ayının sonunda keçirilməsi nəzərdə tutulan konfransda müzakirəsi təşkil olunacaq.

xeberler.az/Günel


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar