Fontu böyüt:
Amerika alimləri apardıqları təcrübə nəticəsində belə bir qənaətə gəlib ki, sükan arxasında sms göndərmək həvəskarları yol qəzasına düşmə risklərini digərlərinə nisbətdə 6 dəfə artırır. Bundan əlavə, xüsusi avtomobil simulyatorunda aparılan təcrübələr göstərib ki, sükan arxasında sms göndərmək telefonla danışmaqdan daha təhlükəlidir.
“Avtomobili idarə edən zaman telefonla danışırsınızsa, yol qəzasına düşmə imkanlarınızı 4 dəfə artırırsınız. Lakin həmin vəziyyətdə sms yazmaq ondan da təhlükəlidir”, - deyə ABŞ-ın Yuta Universitetinin əməkdaşı Frenk Dryus bildirib. //anspress.com