Fontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan dilindəki mətnlərin orfoqrafik düzgünlüyünü yoxlayan “ORFOQRAF-AZ” proqramının tətbiqi zamanı meydana çıxan yeni təkliflər əsasında “Delfi 2009” proqramına keçilib.
Əvvələr mümkün olmayan əlavə servis xidmətləri istifadəyə verilib. Buraya bazadakı sözlərin bilavasitə Word səhifəsinə köçürülməsi və kənar ekspert tərəfindən yoxlanılması, kənar Word səhifəsinin proqramın işçi səhifəsinə açılması və s. xidmətlər daxildir.