İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Google Earth” Urmiyanın yerini səhv salıb

11.01.2011 [09:18]

Fontu böyüt:      

Bir zamanlar kürdlər Tehranda çıxan “Mokriyanı Kordistan” adlı kitabda az qala Azərbaycanın yarasını kürdləşdirmişdilər. Onda İranın müvafiq qurumları buna icazə vermişdi.

Bir zamanlar kürdlər Tehranda çıxan “Mokriyanı Kordistan” adlı kitabda az qala Azərbaycanın yarasını kürdləşdirmişdilər. Onda İranın müvafiq qurumları buna icazə vermişdi.

Xeberler.az-ın “GünAzTV”yə istinadən məlumatına görə, İran İslam Respublikasının yardımı ilə Güney Azərbaycanın Urmiya və başqa şəhərlərinə qonşu dövlətlərdən köçürülən kürdlər yenə də Azərbaycan torpaqlarından gözlərini çəkmir. Terrorçu PKK və PJAK-ın göstərişi ilə onlar əzəli Azərbaycan torpaqlarının kürdlərə məxsus olduğu haqda çeşidli uydurma yazır, xəritələr çap edirlər. İş o yerə çatıb ki, “Google Earth” da onların bu cəfəngiyyatına inanaraq, Azərbaycanın Urmiya şəhərini “Kürdüstan” şəhəri kimi təqdim edib.

Aşağıda göstərilmiş linklərdən də bunu görmək olar: www.panoramio.com/user/4896661

www.panoramio.com/user/5345418

 www.panoramio.com/user/5082173

www.panoramio.com/user/5082173

“Fars” – “Ərəb” körfəzinin adı uğrunda az qala bütün dünya ilə savaşa qalxan İran hökuməti Azərbaycan şəhərinin kürdləşdirilməsinə göz yumur.

“Fars” xəbər agentliyinin məlumatına əsasən, Oksford Universitetinin nəşriyyatı İrandan rəsmi şəkildə üzr istəyib. Nəşriyyat çap etdikləri dərsliklərdən birində “Fras körfəzi”ni “Ərəb körfəzi” kimi nəşr edib. Qurumun mətbuat katibi Anna Bolduin İslam Respublikasının Londondakı səfirliyinin mədəniyyət attaşesinə ünvanladığı məktubda bildirib ki, qəbul olunmuş normalara əsasən körfəzi “Fars körfəzi” kimi yazılmalıdır. İran səfirliyinin mədəniyyət attaşesi Əliməhhəməd Helmi buraxılmış “səhvdən təəccüblədiyini” söyləyib. Körfəzin adı ilə bağlı buraxılmış “səhvə” görə İran hakimiyyəti Oksforddan üzrə istəsə də, ölkənin rəsmi qurumları “Google Earth”ın səhvinə hələ də münasibət bildirməyib.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar