İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yaxın günlərdə “reket” nəşrlərin siyahısına əlavələr olacaq

30.06.2009 [16:49]

Fontu böyüt:      


“Yaxın günlərdə “reket” nəşrlərin siyahısına əlavələr olacaq”. Bu barədə Azərbaycan Mətbuat Şurasında (MŞ) “reket” jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə komissiyanın təşkilindən ötən il bir il ərzində gördüyü işlərlə bağlı açıqlamasında bildirib.

V. Rəhimzadə bildirib ki, komissiyanın təşkili barədə təşəbbüs ölkə jurnalistlərinin V qurultayında irəli sürülüb: “Qurultayadək də Şura məsələni diqqətdə saxlayıb. Şikayət və müraciətlərin araşdırılması nəticəsində 20-dək nəşri “reket” elan edib. Sonuncu qurultayadək qeydiyyatdan keçən qəzet və jurnalların sayı 3000-i ötmüşdü. Hazırda bu rəqəm daha da artıb. Bu hal bir tərəfdən demokratiyanın göstəricisi olsa da, təəssüf ki, qeydiyyatdan keçən qəzet və jurnalların böyük əksəriyyəti mətbu mühitə xüsusi maraqların təminatı üçün gəlir. Deməli, belələri ilə mübarizə də mövcud reallıqlara uyğun qurulmalıdır. İndi Şuranın tərtib etdiyi «qara siyahı»da yer alan «reket» nəşrlərin sayı 71-dir. Ölkə ictimaiyyəti mediadan, xüsusi buraxılışlardan artıq onların kimliklərinə bələddir. Çoxsaylı zənglər, məktublar, mətbu çıxışlar ümumi işimizin dəstəkləndiyini göstərir”.

V. Rəhimzadə “reket” qəzetlərin nəşr və yayımla bağlı problemlərinin yaranmasında Mətbuat Şurasını günahlandırmalarını da düzgün hesab etməyib: “Bu, tamamilə əsassız fikirdir. Şura hansısa nəşri «reket» adlandırmazdan əvvəl dəfələrlə rəhbərləri ilə söhbətlər aparıb, böhtan və təhqirlərin, tutduğu mövqedən sui-istifadənin və digər peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərin yolverilməzliyi barədə izahatlar verib, onları yanlış mövqedən çəkinməyə çağırıb. Təəssüf ki, belələri indinin özündə də hərəkətlərinin məsuliyyətini dərk etmək niyyətində deyillər. Bu nəşrlərin siyahısı ölkənin demək olar, əksər iş yerlərində, o cümlədən yayım firmalarında və nəşriyyatlarda var”.

Komissiya sədri deyib ki, MŞ “reket” nəşrlərin yeni siyahısını ilə bağlı araşdırmaları başa çatdırmaq ərəfəsindədir: “Reket” qəzetlərin siyahısı “Azərbaycan” Nəşriyyatında xüsusi tərtibatda 5 min nüsxə ilə çap edilib və sənədin paytaxtda, eləcə də ölkənin bütün bölgələrində yayılması təmin olunub. Şuraya daxil olan məlumatlarda bu səpkili tədbirlərin ictimaiyyət tərəfindən dəstəkləndiyi və medianın tənzimlənməsində mühüm rol oynadığı göstərilir. Siyahıda peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verən, etik prinsiplərə sayğısız yanaşan nəşrlər sırasına əlavələr olacaq. Bunu elə bu ay etməyi planlaşdırırıq. Əvvəlki 71 nəşrin adı da siyahıda yer alacaq. Bu, məsələni daim diqqətdə saxlamaq zərurətindən irəli gəlir”.

V. Rəhimzadə deyib ki, son siyahının açıqlanmasından sonra ictimaiyyətlə əlaqələr daha da genişlənib: “Hər gün azı 7-8 müraciətlə əlaqədar araşdırmalar aparmaq lazım gəlir. Hələlik yekun qərar olmadan konkret hansısa nəşrin adını açıqlamırıq. Proses ictimai dəstək olmadan uğurla yekunlaşa bilməz. Bölgələrdən, təkcə Gəncə və Sumqayıtdan təxminən 70-ə yaxın kütləvi informasiya vasitəsi ilə bağlı şikayət xarakterli informasiyalar daxil olub.

Hazırda bu faktlarla bağlı araşdırmalar gedir. Müxtəlif yayım firmalarına və nəşriyyatlara da tövsiyələrimizi vermişik. Təqdirəlayiq haldır ki, çağırışımıza müsbət yanaşılır. Bu baxımdan “Azərbaycan” Nəşriyatının fəaliyyətini yüksək qiymətləndiririk. Ümid edirik ki, digər qurumlar da “reket” nəşrlərlə əməkdaşlıqdan uzaq durmaqla mediamızın mütərəqqi ənənələrinə hörmətlərini göstərəcəklər”.

 


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar