Fontu böyüt:
İnternet jurnalistikanın ən aparıcı növlərindən olan İnternet radio və İternet televiziya gün keçdikcə daha da populyarlaşır, öz janr və növlərini yaradır.
Müasir dovrdə radio və televiziyalardan çox onların İnternet versiyalarına maraq artır.
İnternet radio yarandıgı andan populyarlaşmağa başladı. İnternet radiosu və ya şəbəkə radiosu – İnternet vasitəsilə ötürülən səs verliş xidmətidir. İnternet radiosu simsiz rabitədən geniş ötürüldüyünə görə webcasting adlanır.
İnternet radio fasiləsiz audio-səs axını vasitəsilə dinləyicilərə çatdırılır. İnternet radio iki növ ola bilər. Birincisi hər hansı tezlikdə yayımlanan fm radio dalğasının İnternet versiyası və sırf İnternet radiolar – yəni yayımını təkcə İnternet üzərindən yayımlayan radiolar.
İnternet radioların üstün cəhəti onun məkan genişliyidir. İnternet radionun konkret hər hansı bir ölkədə yayımlanmaq kimi məhdudlaşdırıcı xüsusiyyəti yoxdur.
İnternet radionun texnologiyasında əsasən qaçan səs formatlarından və bu formatları dəstəkləyən proqramlardan (“Oggi Vobis”, “Windows Media player”, “Real Audio”) istifadə olunur. İnternet radioları populyarlaşdıran onların əhatə dairəsinin, auditoriya şəbəkəsinin ənənəvi radiolara nisbətən daha geniş, coğrafi miqyasına görə sərhədsiz olmasıdır.
Azərbaycanda da internet son dövrlərdə KİV-lərə sürətlə nüfuz edir. Artıq Azərbaycanda az sayda olsa da İnternet üzərindən yayımlanan ənənəvi radioların internet versiyalarına rast gəlmək mümkündür.
Azərbaycanda ilk öncələr xarici İnternet radilar fəaliyyətə başlasa da sonralar milli radiolar da yayımlarını İnternet üzərindən yayımlamağa başlamışlar. Hazırda
http://www.azadliqradiosu.az
http://www.burc.fm
http://www.antenn.fm
http://www.media.fm
http://www.itv.az/radio
http://www.day.az
-və s veb resurslarda canlı yayım vasitəsilə radioya qulaq asmaq mümkündür. Milli Teleradio Şurasının 30 oktyabr tarixli qərarı ilə Azərbaycan ərazisində xarici dilli radioların yayımının dayandırılması həmin radioların internet üzərindən yayımına marağı artırdı.
Belə ki, Azadlıq radiosu, BBC Azərbaycan, Avropa + Bakı və Amerikanın səsi radiolarını öz yayımlarını hal hazırda internet üzərindən davam etdirir.
İnternet radiolarda da ənənəvi radiolarda olduğu kimi adətən gündəlik ictimai-siyasi xəbərlər, əyləncə və şou xarakterli proqramlar, tok-şoular, müəllif proqramları üstünlük təşkil edir.
İnternet radiolar artıq günü -gündən populyarlaşır və öz xələflərinin reklam bazarıda əməlli başlı sıxışdırır.
Amerikanın “Bridge Ratings & Research” fondunun 2007-ci il üçün verdiyi açıqlamada qey olunmuşdur ki, İnternet radioların reklam qazancları onların əhatə dairəsindən asılı olaraq 49-500 milyon ABŞ dolları təşkil edir.
Təkcə bu rəqəmlər İnternet radionun ənənəvi radiolardan daha ucuz, qazanclı və XI əsr üçün daha perspektivli bir KİV olduğunu sübut eləməyə kifayətdir.
İnternet radiolarla yanaşı İnternet televiziyalar da günü -gündən populyarlaşmaqdadır. İnternet televiziya televiziya verilişləri, görüntü və səs axımının İnternet üzərindən müəyyən protokollar vastəsilə ötürülməsi yolu ilə öz yayımını qurur.
Əsasən XI əsrin birinci onilliyində İnternet televiziya layihələri üzərində işlərə başlanmışdır. İnternet televiziyanın yayımına iki yolla – canlı yayın və görüntünün əvvəlcədən kompüterə yuklənməsi yolu ilə baxmaq mümkündür. Bu yayım standartı P2PTV adlanır və bu standartla fəaliyyət göstərən İnternet televiziyaya TV Catchup deyilir.
İnternet televiziyanın digər bir adı İPTV yəni İP televiziyadır ki, burda verilənlər İnternet üzərindən İnternet protokol vasitəsilə ötürülür. Azərbaycanda hal- hazırda İnternet televiziya yoxdur. Azərbaycan İnternet istifadəçiləri yalnız http://www.aztv.az, http://www.itv.az, http://www.lidertv.az saytlarından adı çəkilən kanalların canlı yayımlarına “canlı yayım” bölməsindən baxa bilərlər.
Lakin daim yenilənən İnternet xidmətləri və yenilikləri nəinki dünyada həmçinin Azərbaycanda da İnternet televiziyaların yaranıb ənənəvi televiziyaları üstələyəcəyini deməyə imkan verir.