İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bu gün bloggerlərin məhkəməsidir

16.09.2009 [10:14]

Fontu böyüt:      


Bu gün Səbayel Rayon Məhkəməsində gənc fəallar, bloggerlər Adnan Hacızadə və Emin Millinin işi üzrə məhkəmə iclası keçiriləcək. Vəkil İsaxan Aşurov qəzetimizə açıqlamasında prosesin saat 15:00-da başlayacağını bildirdi. Vəkilin sözlərinə görə, müdafiə etdiyi Adnan Hacızadə ilə Bakı istintaq təcridxanasında görüşüb.Müdafiə etdiyi şəxs saxlanma şəraitindən və onunla rəftardan şikayətlənməyib.

Eyni zamanda vəkil sentyabrın 4-də keçirilən və bir sıra prinsipial vəsatətlərin təmin edilmədiyi hazırlıq iclasının gedişindən narazılığını bildirib. Deyib ki,«Lebanez» restoranında hər şeyin necə baş verdiyini aydın göstərən videoçəkilişin istintaq materiallarına əlavə edilməsi ilə bağlı vəsatətin təmin olunmaması da qanunsuzluqdur. Bundan əlavə, məhkəmə münaqişə iştirakçılarının davadan əvvəl və sonrakı telefon danışıqlarının əldə edilməsi məqsədilə «Azercell» mobil operatoruna sorğu göndərilməsi ilə bağlı vəsatəti də qəbul etməyib.

Emin Milli və Adnan Hacızadəni üç nəfəri döyməkdə ittiham edirlər, onlar CM-in 127-ci maddəsi (az ağır bədən xəsarəti yetirmə) ilə 5 il həbs cəzasına məhkum edilə bilər. Hadisə iyulun 8-də «Lebanez» restoranında baş verib, əslində isə Emin Milli ilə Adnan Hacızadənin özləri öyrədilmiş adamların hücumuna məruz qalıblar. Olayla bağlı polisə şikayətdən sonra  gənclər davanın səbəbkarı kimi həbs ediliblər. Gənc fəallar isə bu ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar