Fontu böyüt:
Bu gün (20 oktyabr) beynəlxalq “Sərhədsiz Reportyorlar” təşkilatı 8-ci illik “Dünya mətbuat azadlığı indeksi -2009” adlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan mətbuat azadlığına görə Ermənistandan da, Gürcüstandan da geridədir. Belə ki Azərbaycan 175 ölkə arasında 146-cı, Ermənistan – 111, Gürcüstan 81-ci yerdədir.
“Mətbuat azadlığı indeksinə” görə birinci yerdə Danimarka, daha sonra Finlandiya, İrlandiya, Norveç gəlir.
Mətbuat azadlığı ən pis vəziyyətdə olan ölkələr isə Eritreya, Şimali Koreya, Türkmənistan və İrandır.