Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi yeni mövsümdə bir sıra provayderlər, xüsusilə də, dövlət provayderləri olan Aztelekom.net və Bakinternet internet qiymətlərində endirim edəcəklərini bildirmişdilər. Bu məlumat öz təsdiqini tapdı.
Belə ki, oktyabr ayının 1-dən Azərbaycanın dövlət internet provayderləri – Aztelekom.net və Bakinternet genişzolaqlı internet xidmətlərinin qiymətlərinin aşağı salınması barədə rəsmən elan ediblər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə dövlət provayderlərinin tarifləri kanalın sürətindən asılı olaraq faiz nisbəti ilə 25-50 faiz arasında aşağı salınıb (orta hesabla 40 faiz).
Provayderlərin xidmətlərinə əvvəllər qoşulmuş abonentlərin kanal sürəti artırılacaq. Məsələn, əvvəllər 1 Mbit/s kanal sürəti üçün 20 manat ödəyən abonent, oktyabrın 1-dən etibarən internetə 2 Mbit/s sürəti ilə daxil olacaq.
Yeni tariflərlə aşağıda göstərilən cədvəldə tanış olmaq olar:
Aztelekom.net
ADSL xətlərinin yeni tarifləri:
Kanalın sürəti, kbit/s | Ödənilmiş trafik | Qoşulmanın qiyməti, manat | Aylııq abunə haqqı, manat |
512 | Limitsiz | 0 | 10 |
1024 | Limitsiz | 0 | 15 |
2048 | Limitsiz | 0 | 20 |
3072 | Limitsiz | 0 | 25 |
4096 | Limitsiz | 0 | 30 |
5120 | Limitsiz | 0 | 40 |
6144 | Limitsiz | 0 | 60 |
8192 | Limitsiz | 0 | 80 |
10240 | Limitsiz | 0 | 95 |
Bakinternet
|