Fontu böyüt:
Mozilla şirkətinin təqdim etdiyi məlumata əsasən Firefox 4 brauzeri ilk 24 saat ərzində 7 milyondan artıq istifadəçi tərəfindən yüklənib.
Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, müqayisə üçün qeyd edək ki, Microsoft şirkətinin yeni məhsulu olan Internet Explorer 9 brauzerinin bu müddət ərzində göstəricisi təqribən 2,3 milyondu. Mozilla göstəricilərinə görə Microsoft-u 3 dəfə üstələyir, lakin bununla belə şirkət özünün 2008-ci ildə müəyyən etdiyi rekordu təkrarlaya bilməyib.
Xatırladaq ki, 2008-ci ildə Mozilla Firefox 3.0 brauzeri təqdimatından bir gün sonra 8 milyondan artıq istifadəçi tərəfindən yüklənmiş və bu nəticə Qinnesin rekordlar kitabında qeyd olunub.