Fontu böyüt:
“Nar Mobile” ticarət nişanı ilə fəaliyyət göstərən “Azerfon” şirkəti və “Bakı Taksi” MMC arasında anlaşma memorandumu imzalanıb.
Razılaşmaya əsasən, “Azerfon” şirkəti” mövcud telekommunikasiya bazarı şəraitini, həmçinin gələcək tərəfdaşlıq perspektivlərini nəzərə alaraq “Bakı Taksi” MMC-nin əməkdaşlarını GSM mobil rabitə xidməti, “mi-fi” mobil internet xidməti və müştərək marketinq xidməti ilə təmin edəcək. Müştəriyönümlü yardım təmin etməklə, “Azerfon” şirkəti “Bakı Taksi” üçün mobil texnologiyalara dair öz məsləhət xidmətini göstərəcək.