Fontu böyüt:
nternetdə yeni təhlükəsizlik sistemi yaradılır, saytlarına xüsusi kod veriləcək
İnternetin və domen adların idarə edilməsinə görə məsuliyyət daşıyan İCANN kiber quldurların istifadəçiləri aldatmaq üçün saxta saytlardan istifadə etmələrini əngəlləyəcək yeni təhlükəsizlik tədbirləri hazırladığını açıqlayıb.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, İCANN şirkətinin təhlükəsizlik qurumu olan “Verisign” və ABŞ Ticarət Nazirliyi birgə fəaliyyət nəticəsində bir sistem yaradıblar.
Bu sistem internet saytlarının qanuni olduğunu təsdiq edəcək bir “şifrəli kimlik” yaradır. Beləliklə, bu sistem qanuni saytlara bənzəyən saxta saytlara internet istifadəçilərinin şəxsi məlumatlarını əldə edən virus və pis niyyətli proqramlar yükləməyə mane olacaq.
İCANN şirkətinin direktoru Rod Beckstrom Las Veqas şəhərində yeni təhlükəsizlik sistemi ilə bağlı keçirilən konfransda deyib ki, bu, tarixi bir hadisədir: “Bu təhlükəsizlik sistemi kompüter istifadə edən hər bir kəs üçün yaxşı bir şeydir, bizim üçün də çox şey ifadə edir”.
“Domain Name System Security Extensions” (DNSSEC) adı verilən sistem hər bir internet ünvanına gizli və xüsusi kod yerləşdirir. İnternet mütəxəssisi Dan Kaminsky də konfransdakı çıxışında vurğulayıb ki, bu kod veb saytın qanuni olub-olmadığını üzə çıxaracaq: “Məsələn, “Google” kimi axtarış saytları bir bankın online səhifəsinin gerçək olub-olmadığını istifadəçiyə bildirəcək. Bir müştəri bankdan elektron məktub aldıqda, bunun həqiqətən bankdan gəlib-gəlmədiyinə əmin olmalıdır. İCANN tərəfindən formalaşdırılan sistem bunu üzə çıxarır”.
mənbə: lent.az