Fontu böyüt:
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Məlumat və Resurs Mərkəzinin (DATA Mərkəzi) tikintisi dövlət büdcəsindən maliyyələşdirilib.
Dövlət Proqramının icrasına üst-üstə 25 milyon manat xərclənib”.
Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, Dövlət Proqramının reallaşdırılması üçün maliyyə vəsaitlərinin 8 milyon manatı ötən il, 17 milyon manatı isə 2009-cu ildə ayrılıb. Proqramın icrasına düz bir il əvvəl, ötən il iyunun 10-da başlanıb.