İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron gündəlik sistemi nə deməkdir?

30.09.2009 [08:00]

Fontu böyüt:      

Artıq elektron jurnal-gündəlik dünyanın bir neçə ölkələrində istifadə edilir. Avstraliyada, ABŞ-da, Kanadada və bir çox Avropa ölkələrində təhsil sitemində elektron gündəlik tətbiq edilir.

Uzun illərdir ki, gündəlik məktəb ləvazimatlarının ayrılmaz bir hissəsidir. Hər bir məktəbli üçün gündəlik həm zəruridir, həm də vacibdir. Əvəllər gündəlik uşaqların təhsili haqqında valideynə məlumat verən yeganə effektiv üsul idi. Texnologiya inkişaf etdikcə əlbəttə ki, üsullar da çoxalır. İndi isə adi öyrəşdiyimiz gündəliyin yerini elektron gündəlik tutmaq üzrədir.

Artıq elektron jurnal-gündəlik dünyanın bir neçə ölkələrində istifadə edilir. Avstraliyada, ABŞ-da, Kanadada və bir çox Avropa ölkələrində təhsil sitemində elektron gündəlik tətbiq edilir.

Rusiyanın elektron gündəlik sahəsində təcrübəsi o qədər də böyük deyil. Hələki elektron jurnal-gündəlik vahid şəkildə tətbiq edilməyib. Buna baxmayaraq geniş şəkildə yayılmaqdadır.

Elektron gündəlik –məktəb elektron jurnalının və sms-gündəliklərinin yaradılması sitemidir. Bu sistem məktəb və şagirdlərin valdeyinləri ilə daha effektiv əlaqə yaratmağa kömək edir. Elektron gündəliyin köməyi ilə valideynlər uşaqlarının oxumağını izləyə, onların dərs cədvəlinə, ev tapşırıqlarına, qiymətlərinə, dərs davamiyyətinə,yoxlama işlərinin və imtahanların nəticələrinə baxa bilirlər.

Elektron gündəlik sistemində valideynlərin müəllimlər və müdiriyyətlə on-line danışıqlar aparması da mümkündür. Şagird haqqında bütün məlumatlar valideynlərə göndərilir. Valideynlər mobil telefonlarından (sms-xəbərlər şəklində), elektron-poçtdan və ya məktəbin internet ünvanından övladlarının təhsili haqqında məlumat ala bilirlər.

Elektron gündəlikdən istifadə şagirdlərin də psixologiyasına təsir edir. Uşaqda məsuliyyət yaradır, çunki o dərs prosesinin açıqlığını başa düşür. Nəticədə şagird öz vaxtında məşğələlərə gəlir və daha diqqətli olur. Ümumiyyətlə işgüzarlığı yüksəldir.

Yaxşı oxuyan uşaqlar üçün nə elektron gündəlik, nə də adi gündəliklər qorxulu deyil. Onlar üçün elektron gündəlik heç bir təhlükə yaratmır. Ancaq zəif oxuyan uşaqlar qorxurlar ki, valideynlər onların təhsili haqqında hər şeyi biləcəklər və heç nəyi gizlətmək mümkün olmayacaq.

Elektron gündəlik sistemi getdikcə dünya ölkələrində tətbiq edilir. Azərbaycanda da bir-neçə ilə bu sistemin tətbiq edilməsi gözlənilir. Elektron gündəliyin dünya səviyyəsində tam qəbul olunub-olunmayacağını isə vaxt göstərəcək.


xeberler.az/Kamilla,Rusiya
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar