Fontu böyüt:
“Bir şagird - bir kompüter” layihəsi çərçivəsində 19 dekabradək davam edəcək təlimlərdə 6, 23 saylı məktəblərin, Elitar gimnaziyanın və Avropa liseyinin bir qrup müəllimi iştirak edir.
Azərbaycanda ilk dəfə təşkil olunan bu təlimi İntel korporasiyasının Rusiyadan dəvət olunmuş eksperti keçirir. “Bir şagird – bir kompüter” layihəsi “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərə evdə və məktəbdə mütamadi istifadə üçün netbukların verməklə təhsildə informasiya texnologiyalarının tətbiqinin effektiliynin artırılmasıdır. Təhsil Nazirliyi və İntel korporasiyası tərəfindən keçirilən layihə çərçivəsində yuxarıda adları çəkilən məktəblərin 5-ci sinif şagirdlərinə yeni dərs ilində artıq netbuklar təqdim olunmuşdur.
Təlimlər bu netbuklardan təhsildə daha efektiv istifadə məqsədi ilə İntel, Relief İnternational-Schools Online və ABŞ-ın Dövlət Departamentinin birgə həyata keçirdiyi “Qlobal Bağlantılar və Mübadilə”(Global Connections and Exchange) layihəsinin dəstəyi ilə Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Təlimlər Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdnində Təhsil Siteminin İnformasiyalaşdırılması İdarəsində yerləşən təlim mərkəzində keçirilir. Təlimi keçmiş müəllimlərə təlimlərdən sonra sertifikatlar təqdim olunacaq.