Fontu böyüt:
“Azercell”-in iyulun 21-dən start verdiyi “Həftəyə avtomobil” kampaniyasının bu həftə üçüncü turajı keçirilib. Şirkətin təqdim etdiyi bütün kampaniyalar kimi “Həftəyə Toyota” kampaniyası da abonentlər tərəfindən böyük maraqla qarşılanır. Xüsusilə Azərbaycanın müxtəlif bölgələrindən olan abonentləri bu kampaniyadan geniş şəkildə yararlanırlar. Birinci və ikinci tirajda olduğu kimi bu dəfə də “Azercell” abonentlərindən biri “Toyota Corolla” avtomobilinə sahib olub. Bu dəfə avtomobilə sahib olmaq şansını Abdullayev Çingiz Məmməd oğlu qazanıb.
Məlumat üçün bildirək ki, kampaniyada iştirak etmək üçün abonent 9080 qısa nömrəsinə SMS-lə 50 yazıb göndərməlidir. Bundan sonra onun balansına 50 MMS yüklənilir. Abonentlər bu hədiyyədən 5 gün ərzində şəbəkədaxili MMS göndərmək üçün istifadə edə bilərlər. 9080 qısa nömrəsinə SMS göndərən abonentlər 50 MMS-lə yanaşı, həmçinin hər həftə oynanılan “Toyota Corolla” avtomobilini qazanmaq şansı əldə edirlər. Belə ki, hər həftənin cümə günü “Azercell Telekom” MMC-nin Baş Ofisində “Toyota Corolla” avtomobili oynanılan tiraj keçiriləcək.
Qeyd edək ki, 9080 qısa nömrəsinə göndərilən hər bir mesajın qiyməti 1000 (bir min) konturdur. Bu konturlar qısa mesajın nə zaman göndərilməsindən asılı olmayaraq, abonentin Gecə balansından tutulur. Əgər Gecə balansında kifayət qədər kontur olmazsa, çatışmayan hissə nömrənin əsas balansından tutulur.
Kampaniya dövründə keçiriləcək hər tirajda da həftə ərzində “50” rəqəmini 9080 qısa nömrəsinə göndərən Azercell Fakturasız xətt abonentləri iştirak edirlər. Hər tirajda bir ədəd nömrə qalib elan edilir. Tirajlar xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.
Beləliklə, Gecə konturlarınızdan istifadə edin, 50 MMS alın, həm də avtomobil qazanın! Daha çox SMS göndərən abonentlər daha çox qazanmaq şansı əldə edir!