Fontu böyüt:
Armavir ərazisində optik kabellərdə yaranan problemlərə görə Ermənistanda internet xidmətində problemlər yaşanıb.
Kabel 26 mart tarixində zədələnib. İnternetin 2-3 saat ərzində bərpa olunacağı bildirilsə də hazırda məlumat ötürülməsi iki ehtiyat kabel vasitəsilə həyata keçirilir.
Ötən ilin ortalarında da Ermənistanda internet problemi yaşanmışdır. O zaman Gürcüstandan keçən kabellər zədələnmişdi.
Qeyd edək ki, Ermənistana internet təchizatı Qara dənizin dibindən keçən bir optik kabel vasitəsilə həyata keçirilir.