İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Sinam” şirkəti Mərkəzi Bank ödəniş sistemlərinin gücləndirilməsi üzrə işləri payızda başa çatdıracaq

18.06.2013 [14:00]

Fontu böyüt:      

“Sinam” şirkəti Azərbaycan Mərkəzi Bankı Real Vaxt Rejimində Banklararası Hesablaşmalar (AZİPS) Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemlərinin (XÖHKS) təkmilləşdirilməsi üzrə işləri yaxın dörd ay ərzində başa çatdıracaq.
“Sinam” şirkəti Azərbaycan Mərkəzi Bankı Real Vaxt Rejimində Banklararası Hesablaşmalar (AZİPS) Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemlərinin (XÖHKS) təkmilləşdirilməsi üzrə işləri yaxın dörd ay ərzində başa çatdıracaq.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, şirkətin qalib gəldiyi tenderin şərtlərinə əsasən, AZİPS və XÖHKS sistemlərinin aparat və proqram platformasının gücləndirilməsi nəzərdə tutulur. “Layihə çərçivəsində sistemlərin texniki platformasını təşkil edən serverlərin, digər avadanlıqların və “Oracle” Verilənlər Bazasını İdarəetmə Sisteminin satın alınması, quraşdırılması və sazlanması nəzərdə tutulur. Sistemlərdə müvafiq “İBM” platformasının daha güclü versiyasının tətbiq edilməsi planlaşdırılır. Bizim proqnozlarımıza əsasən, layihə çərçivəsində nəzərdə tutulmuş işlər dörd ay ərzində başa çatdırılacaq”,- deyə şirkətdən bildiriblər.
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən keçirilən tenderin qalibi “Colvir Software Solutions Ltd.” (İngiltərə) və Azərbaycanın “Sinam” şirkətlərinin yaratdığı konsorsium müəyyən olunub. Hazırda Azərbaycan Mərkəzi Bankı və konsorsium arasında müqavilələr imzalanıb. “Colvir Software Solutions Ltd.” şirkəti bu layihədə əsas podratçı, “Sinam” şirkəti isə subpodratçı kimi iştirak edir.
Tenderin şərtlərinə görə, icraçı şirkətlər layihə çərçivəsində Mərkəzi Bankın Əsas İnzibati Binasında (Bakı şəhəri) və Sumqayıt şəhərlərində yerləşən Ehtiyat Mərkəzində nəzərdə tutulmuş yerlərdə avadanlıqlar və “Oracle” Verilənlər Bazasını İdarəetmə Sistemi proqram təminatı tətbiq edilərək Real Vaxt Rejimində Banklararası Hesablaşmalar və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemləri ilə inteqrasiya edəcəklər.(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar