İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternet imkanlarının köməkliyi ilə Bakı küçələri “erməniləşdirilir”

07.07.2010 [05:06]

Fontu böyüt:      

Bakının tarixi abidələrini, görməli yerlərini, qədim küçələrini göstərən şəkillərə Ermənistanın bayrağı, gerbi, kəllə və sümük plakatları vurulub, reklam tablolarına “Sumgait Genocide 1988” sözləri yazılıb, yerli maşınlara erməni nömrələri vurulub və s.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar hər yerdə davam edir. ermənilərin internet aləmində ölkəmizə qarşı apardığı çirkin təbliğatın, təxribatların isə sayı-hesabı yoxdur. Milli.Az xəbər portalının məlumatına görə, üzdəniraq qonşularımız indi də Google Earth proqramının köməyi ilə Azərbaycan xəritəsinə müxtəlif "dəyişikliklər" ediblər. Xüsusilə Google-da Bakının tarixi abidələrini, görməli yerlərini, qədim küçələrini göstərən şəkillərə Ermənistanın bayrağı, gerbi, kəllə və sümük plakatları vurulub, reklam tablolarına “Sumgait Genocide 1988” sözləri yazılıb, yerli maşınlara erməni nömrələri vurulub və s. Bu təxribatçı dəyişikliklər “Cadabra” adlı erməni istifadəçisi tərəfindən xüsusi proqramın köməyilə edilib.

Şəkillərin altında Azərbaycanı təhqir edən ifadələr yazılıb. Şərhlərdə azərbaycanlı istifadəçilərin etirazı da özünü göstərir. Bakı küçələrini  “erməniləşdirmək” istəyənlərə isə hələ də layiqli cavab verilməyib.

Azərbaycanda internetdən başı çıxmayan gənc yoxdur. Azərbaycanlı internet istifadəçilərinin “fəallığı” belə məsələlərdə özünü göstərir. Ermənilər internet səhifələrində öz maraqlarını düşünərək hərəkət edir, hər məqamda fürsəti əldən verməyərək Azərbaycana qarşı
oyunlarını, hətta virtual işğallarını aparırlar. Bizimkilər isə əyləncə və chat  portallarında günlərini keçirirlər. İnternet klubları gənclər və yeniyetmələrlə ağzına qədər dolur, netdən istifadə məqsədi isə birmənalıdır - əyləncə. Həmçinin bütün idarə və müəssisələr, şirkətlər internetə qoşuludur, yəni bu gün Azərbaycanda kifayət qədər internet istifadəçisi var. Amma düşmənimizlə virtual mübarizədə ya uduzuruq, ya onların bu əməllərinə məhəl qoymuruq, ya da niyəsə aciz qalırıq. Nəticədə isə kiçicik bir yalançı təxribat da hüdudsuz internet məkanında kifayət qədər əleyhimizə rol oynaya bilər.

Xatırladaq ki, şəkilləri Google Earth proqramına qeydiyyatdan keçən hər bir istifadəçi əlavə edə bilər.

Ermənilərin internetdə yerləşdirdiyi təxribatçı materiallarla baxmaq istəyənlər üçün linklər aşağıdakılardır:

http://www.panoramio.com/photo/23732092 
http://www.panoramio.com/photo/23734539
http://www.panoramio.com/photo/23734349
http://www.panoramio.com/photo/23730833
http://www.panoramio.com/photo/23713702
http://www.panoramio.com/photo/23676300

Qeyd:Yazının originalını bu linkdən oxuya bilərsiz. Vüsalə Əlövsətqızı//Milli.Az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar