Fontu böyüt:
Philips şirkəti elektron kağız layihəsi üzərində işləyir. Layihə üzərində iş 2007-ci ildən başlayıb.
Firmanın istifadə etdiyi texnika əvvəlki elektron kağız layihələrinə oxşayır. İndiyədək olan e-kağız LCD ekranlar üzərində piksellərdən yaranan görüntü ilə təqdim edilirdi.
Philips isə bunun yerinə elektroforez üsulundan istifadə edərək e-mürəkkəb tətbiqindən yararlanmaq istəyir.
Rəngli görünüş isə rəqəmsal mühitdə seçilən RGB yerinə, mətbəələrdə istifadə edilən CMYK məntiqi ilə yaradılır. Philips e-kağız layihəsi üzərində bir neçə il də işləyəcəyini açıqlayıb.